Cənubi Koreya Prezidenti Yun Sok Yol dindiriləcək

Birgə İstintaq Qrupu Cənubi Koreya Prezidenti Yun Sok Yolu dekabrın 25-də dindirilməyə dəvət edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki,  bu barədə məlumatı “Yonhap” agentliyi dərc edib.

Belə ki, ölkə prezidenti Qvaçeondakı yüksək səviyyəli məmurlar üçün Korrupsiyaya Qarşı Mübarizə Departamentinə hesabat verməlidir.

Qeyd edək ki, Birgə İstintaq Qrupuna Korrupsiyaya qarşı Mübarizə İdarəsinin, polisin və Müdafiə Nazirliyinin nümayəndələri daxildir.

Cənubi Koreya prezidenti qiyam təşkil etməkdə və dekabrın 3-də hərbi vəziyyətin tətbiqi ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir.

Orxan Saffari

Gununsesi.info