
Avropa İttifaqı (Aİ) 2025-ci ilin əvvəlində Ukrayna ilə ölkənin quruma daxil olması ilə bağlı danışıqların birinci raunduna başlamaq niyyətindədir.
Gununsesi.info – nun “Report”- a istinadən məlumatına görə, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Aİ-nin Brüsseldə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında deyib.
“Əgər Ukrayna yaxşı iş görməkdə davam edərsə (şərtləri yerinə yetirmək üzrə – red.), onda biz gələn ilin əvvəlində danışıqların ilk klasterini açmalıyıq”, – o deyib.
Gununsesi.info