İki uşağı olanlar hərbi xidmətə çağırılmamalıdır: - Deputat

İki uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, 2 uşağın saxlanması özü elə dövlətə köməkdir:

“Gələcəkdə qanunvericilikdə məsələyə baxılmalıdır, 2 uşağı olan hərbi xidmətə çağırılmamalıdır. İki uşaq il yarım öz valideynini görmür. Bununla uşağın gələcəkdə böyüməsində də problemlər yarana bilər.

Gununsesi.info