Azərbaycan Ordusunun hərbçisi İngiltərədə təltif edilib - FOTOLAR

  • By Günel
  • 19 Dekabr 2024 20:33

Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Sənan Əsədov İngiltərənin Sandhurst Kral Hərbi Akademiyasında keçirilən “Kiçik zabitlərin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi kursu”nu müvəffəqiyyətlə başa vurub.

Müdafiə Nazirliyindən Gununsesi.info -ya verilən xəbərə görə, Azərbaycanın hərbi qulluqçusu təhsildə qazandığı yüksək nailiyyətə görə təltif edilib.