Cəlilabadda payızlıq kartof yığımının məhsuldarlığı yüksək olub

  • By Günel
  • 20 Dekabr 2024 08:41

Cari il Cəlilabad rayonunda əkin sahələrində payızlıq kartofun məhsuldarlığı ötən illə müqayisədə yüksək olub.

Gununsesi.info “Report”- a istinadən xəbər verir ki, bu barədə Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu il Cəlilabad rayonunda təkrar əkin kimi 1 000 hektar sahədə payızlıq kartof əkilib. Sahələrdən indiyə qədər 7 000 tondan çox məhsul əldə olunub. Orta məhsuldarlıq hər hektar üçün 17-20 ton olub. Ötən il isə bu rəqəm hər hektar üçün 15-16 ton təşkil edib.

Həmçinin qeyd olunub ki, məhsul əsasən paytaxt bazarlarına göndərilir.

Qeyd edək ki, bu il rayonda 2 900 hektar sahədə yazlıq kartof əkilib və 81 740 ton məhsul əldə olunub.

Gununsesi.info