Qarabağdan 6 kisə taxıl gətirmək istədi, həbs olundu

  • By Günel
  • 19 Dekabr 2024 23:00

İşğaldan azad olunmuş ərazidən 6 kisə taxıl keçirmək istəyən şəxs saxlanılıb.

Gununsesi.info – nun Qaynarinfo-ya istinadən məlumatına görə, saxlanılan şəxs – 1973-cü ildə Laçın rayonunun Nurəddin kəndində anadan olmuş, Qaçqınların və Məcburi Köçkünlər Dövlət Komitəsinin Mənzil İstismar Departamentində fəhlə işləyən B.D. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib, iş məhkəməyə göndərilib.

Məhkəmədə məlum olub ki, B.D.-nın Xocalı-Xankəndi yolunda idarə etdiyi “Mercedes” markalı avtomobildən 6 kisə taxıl aşkarlanıb. O, heç kimə məlumat vermədən 6 kisə taxıl götürüb və avtomobillə Bakıya gətirmək istəyib.

Məhkəmənin qərarı ilə, B.D. 8 gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.

Gununsesi.info