Goranboyda 2 qadın faciəvi şəkildə öldü

Goranboy rayonunda iki nəfər dəm qazından boğularaq ölüb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağcakənd ərazisində qeydə alınıb.

Yerli sakinlər Sevil Səlimova (1979) və Xumar Səlimova (1972) dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info