
Taliban hərəkatı Əfqanıstanda siyasi partiyaların fəaliyyətinə qadağa qoyulduğunu elan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfaks” “Aamaj News”a istinadən məlumat verib.
Taliban hökumətinin ədliyyə naziri Əbdül Hakim Şarayi siyasi partiyaların fəaliyyətinin şəriət əsaslı olmadığını, millətin və xalqın maraqlarına cavab vermədiyini qeyd edib.
Taliban 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirməzdən əvvəl ölkədə qeydiyyatdan keçmiş 73 siyasi partiya mövcud idi. Hal-hazırda isə həmən partiya liderlərinin əksəriyyəti ölkəni tərk edib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti məlumatuna əsasən ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest və Əfqanıstandakı qadın və qızların hüquqları üzrə xüsusi elçisi Rina Amiri ölkəyə səfəri zamanı radikal Taliban hərəkatının nümayəndələri ilə görüşəcək.
Tərcümə
Şəbnəm
Gununsesi.info