İnterpolun axtardığı şəxslər Bakı hava limanında tutuldu

  • By ilhame
  • 07 İyun 2024 13:23

Bakıdakı hava limanında beynəlxalq axtarışa verilmiş 2 nəfər tutulub.

 

Gununsesi.info xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən dələduzluğa görə axtarışda olan 1982-ci il təvəllüdlü Zaur Sadıqov aeroport ərazisində saxlanılıb.

Bundan başqa, Ukrayna Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə axtarışda olan 1992-ci il təvəllüdlü İsmət İbrahimov da Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində polislər tərəfindən saxlanlıb.

 

Onlar Hava Nəqliyyatında Polis İdarəsinə təhvil veriliblər.

Gununsesi.info