
Bu ilin yanvar-fevral ayları ərzində boşanmaların sayı 50-nin üzərində olub.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentin növbədənkənar sessiyasının iyunun 7-də keçirilən iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün ölkədə boşanmaların sayı ciddi şəkildə artıb: “Bu, artıq SOS siqnalıdır və qarşısının alınması üçün ciddi addımlar atılmalıdır. Nəzərə alsaq ki, ölkədə vətəndaş nikahı yoxdur, insanlar tövsiyə, məsləhət əsasında nikaha daxil olurlar. Hətta bir çox hallarda bir-birilərini yaxından tanımırlar. Təbii ki, bu da sonradan boşanmaların sayının artmasına gətirib çıxarır”.
Gununsesi.info