Qaxda qəza oldu, yaralılar var

Qaxda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Qax-Qorağan yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan qoşqulu traktorla minik avtomobili toqquşub.

Nəticədə 3 nəfər müxtəlifdərəcəli bədən xəsarətləri alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.