
ABŞ “zehni geriliyi olan prezident” Co Baydenin siyasəti səbəbindən zibilxanaya çevrilib.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Ağ Evin keçmiş rəhbəri Donald Tramp deyib:”Amerika Birləşmiş Ştatları çox əqli cəhətdən zəif bir prezidentə görə zibilliyə çevrildi. Biz zəifləyən bir millətə çevrilirik, biz böyük problemləri olan bir millətik”.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.
Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb.
İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.
Gununsesi.info