
Maksat Mamıtkanov Qırğızıstanın Azərbaycandakı səfiri təyin edilib.
Gununsesi.info Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncamı Prezident Sadır Japarov imzalayıb.
Diplomatik nümayəndəliyin keçmiş rəhbəri Kayrat Osmonaliyev prezidentin digər sərəncamı ilə tutduğu vəzifədən azad edilib. O, 2021-ci ilin iyununda Azərbaycana səfir təyin olunub.
Gununsesi.info