Ekvadorda həbsxana üsyanı – 31 nəfər can verdi

  • By arzu
  • 26 İyul 2023 13:59

Ekvadorda həbsxanada üsyan yaşanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yaşanan üsyan zamanı 31 nəfər can verib.

Olay bu ölkənin Quayaquil şəhərində yaşanıb. Ölkənin ən böyük həbsxanası olan Litoral Həbsxanası dustaqlar arasında yaşanan toqquşmaya səhnə olub. Sonrasında üsyan başlayıb.

Baş Prokurorluq üsyanda həyatını itirənlərin sayının 31 olmasını təsdiqləyib.

14 yaralı isə xəstəxanada müalicə alır.

Üsyanın ölkədəki digər həbsxanalara sıçraması ilə qoruyucular məhkumlar tərəfindən əsir alınıb. Ekvadior Prezidenti Qilermo Lasso ölkədəki bütün həbsxanalarda 60 günlük Fövqəladə Hal elan edib.

 

Tərcümə: Arzu

Gununsesi.info