
Birləşmiş Millətlər Təşkialtı (BMT) müqəddəs kitablara hücumların “ölkələrarası hüquq pozuntusu” sayılması üçün qərar aldı.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, BMT TŞ-yə Mərakeş tərəfindən təqdim edilən qərar səsvermə ilə qəbul edilib
Qanun təklifi dini inanclarına görə adamlara və müqəddəs kitablar və dini məkanlara yönəlik hər cür şiddətin ölkələrarası hüquq pozuntusu olaraq tanıyır.
Qərarda dinləri və ya inancları səbəbi ilə adamlara yönəlik hər cür şiddət davranışları ilə yanaşı adamların dini simvollara, müqəddəs kitablarına, evlərinə, iş yerlərinə, mülklərinə, məktəblərinə, mədəniyyət mərkəzlərinə və ibadətxanalarına yönəlik şiddət əməlləri ölkələrarası hüququn pozuntusu olaraq qiymətləndiriləcək şəkildə qınanılır.
Xatırladaq ki, son dönəmlərdə İsveçdə, Danimarkada və Avopanın bir çox ölkələrində müsəlmanların müqəddəs kitabı olan “Quran”a yönəlik hücumlar edilib.
Tərcümə: Arzu