Bakıda magistral xətdə qəza: Ətrafı su basdı - VİDEO/YENİLƏNDİ

“Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində baş verən qəza ilə bağlı abonentlərin su təchizatında heç bir problem olmayıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, hadisədən xəbərdardırlar:

“Yüksək təzyiqli magistral kəmərin bir hissəsində az miqdarda su təzyiqin gücündən havaya püskürüb. Elə bir ciddi, böyük axıntı yoxdur. Magistral xəttin böyük hissəsi zədələnməyib. Əraziyə qəza briqadası cəlb olunub. Hazırda abonentlərin su təchizatı ilə bağlı heç bir problem yoxdur”.

13:38

Bakıda magistral su kəmərində qəza baş verib.

Bu barədə məlumat baku.ws-in qaynar xəttinə daxil olub.

Bildirilib ki, Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində baş verən qəza zamanı kəmərdən axan su ətrafa yayılıb. Eyni zamanda magistral yolda hərəkət edən avtomobillərin hərəkətinə ciddi maneələr yaranıb.

Hadisə ilə əlaqədar “Azərsu” ASC-yə müraciət edilib.

Qurumun Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı cavab olaraq bildirdi ki, hadisədən xəbərdardırlar:

“Magistral su xəttində axıntıdır. Əraziyə qəza briqadası cəlb olunub”.

Sözügedən görüntüləri təqdim edirik:

Gununsesi.info