AXCP üzvü Elxan Əliyev həbs olunub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elxan Əliyev həbs olunub. 

Gununsesi.info xəbər verir ki, bu barədə AXCP sədrinin müşaviri Asif Yusifli öz sosial hesabında məlumat verib.

“Elə indi vəkil Nemət Kərimlinin verdiyi məlumata görə AXCP Təşkilat şöbəsinin əməkdaşı Elxan Əliyev Sabunçu polisi tərəfindən saxlanılıb. Ona qarşı 178.3.2 dələduzluq ittihamı irəli sürülüb,özü də külli miqdarda. Dəbə uyğun olaraq. Bəri başdan bildirirəm ki, Elxan külli miqdarı həyatı boyu görməyib. İttiham siyasi fəaliyyəti ilə bağlıdır. Siyasi təzyiq xarakterlidir”.

 

Şəbnəm

Gununsesi.info