
Çinin Xarici İşlər Naziri Vanq Yi iyulun 26-da Türkiyəyə səfər edəcək.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xarici İşlər Naziri Hakan Fidanla görüşü gözlənilir.
Görüşlə bağlı Çin XİN-dən bildirilib ki, rəsmi Pekin Türkiyə ilə dostcasına əlaqələrini dərinləşdirmək istəyir.
Yinin Türkiyə səfərində ikitərəfli münasibətlər, regional və qlobal mövzular danışılacaq.
Türkiyə XİN-in açıqlamasında bildirilir ki, bu görüşdə Türkiyə və Çin arasındakı əlaqələr bütün istiqamətlər üzrə ələ alınacaq.
Dialoq zamanı Türkiyə və Çin Qurşaq və Yol Prokeyti başda olmaqla, Taxıl Anlaşması, müdafiə sənayesi sahəsində işbirliyi kimi mövzular ələ alınacaq.
Yinin səfəri ilə Çinin Türkiyyə yönəlik maddi yatırımların artması da gündəmdəki mövzulardan biri olacaq.
2013-cü ildən Çinin Baş diplomatı işini gerçəkləşdirən Yi Türkiyəyə sonuncu dəfə 2021-ci ilin martında səfər etmiş və Prezident Ərdoğan və XİN başçısı M. Çavuşoğlu ilə görüşmüşdü.
Tərcümə: Arzu