Kanadada məscidə hücum edilən şəxsə hökm oxundu

2022-ci ildə Kanadada məscidə balta və bibər qazı ilə hücum etməyə cəhd edən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info xəbər verir ki, Kanadada məscidə hücuma cəhd edən şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.

Onun məhkəmə sənədlərində  “kütləvi zərər vermək”“müsəlmanları qorxutmaq” niyyətində olduğu və “müsəlmanlara qarşı güclü nifrət” hiss etdiyi bildirilir.

Eyni zamanda o, hücum zamanı “bədənə zərər vurmaq məqsədi ilə zərərli maddələrdən istifadə etmək”, “silahla hücum etmək”“dini əmlaka ziyan vurmaq” maddələri ilə ittiham olunur.

Ömərin həbsdə keçirdiyi müddət nəzərə alınmaqla təxminən 5 il həbsdə qalacağı və bu müddətin yarısında şərti azadlığa çıxma fürsətinin olacağı bildirilir.

Qeyd edək ki, Ömər Kanadanın Mississauqa şəhərində 19 mart 2022-ci ildə bibər qazı vuraraq Dar əl-Tövhid məscidində səhər namazını qılanlara balta ilə hücum etmək istəyib.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info