
CHP sədri Kamal Kılıçdaroğlu Cümhuriyyət Xalq Partiyasının TBMM Qrup Toplantısında çıxışI zamanı ölkəsində məhkəmə sistemini sərt tənqid edib.
Gununsesi.info–nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Kılıçdaroğlu, çıxışında İstanbul 10-cu Asliye Ticarət Məhkəməsində açılan iddiadan bəhs edib.
Qeyd edək ki, sözügedən iddianın tərəfləri Azərbaycanın dövlət enerji şirkəti olan SOCAR və digəri Mübariz Mənsimovun şirkəti olan “Palmali Holding”dir.
Bununla bağlı yayılan məlumatlarda ədliyyə nazirliyinin və yuxarı instansiya məhkəməsinin prosesə müdaxilə etdiyi, hətta hakimlərə təhdid edildiyi bildirilirdi.
1 iyun 2023-cü il tarixində Ədliyyə Nazirinin müavini Həsən Yılmaz HSK-nın 1-ci Palatasına gedərək Türkiyə-Azərbaycan əlaqələrinin yaxşılaşmasına kömək etmək üçün bu işin əhəmiyyətini idarə heyəti üzvlərinə izah edib. Bildirib ki, bu çəkişmə SOCAR-ın xeyrinə yekunlaşmalıdır. Çünki, Türkiyə dövlətinin marağı bunu tələb edir.
Kılıcdaroğlu isə parlament çıxışında konkret ad çəkməsə də olay haqqında danışıb:
“Barış Terkoğlu iyulun 10-da məqalə yazıb. Bu böyük rezonansa səbəb oldu. Mən buradan sual edirəm:
Əvvəlki ədliyyə naziri Bozdağ dövründə HSK 1-ci Şöbə müdiri Halil Koç və nazir müavini Həsən Yılmaz İstanbul 10-cu Ticarət Məhkəməsinin sədri Ramazan Acarı seçkilər öncəsi aprel ayında onlarla görüşə dəvət etmişdilərmi?
Ankarada keçirilən görüşdə Halil Koç və Həsən Yılmaz Məhkəmə sədri Ramazan Acarı hədələyiblər, ya yox? İş firmanın mütləq xeyrinə yekunlaşmalıdır. Ona görə də mayın 3-də qərar vermənizi istəyirik. İşin qərar mərhələsinə gəlib çatmamasının fərqi yoxdur” deyirlər. Bu hansı qanundur?
Neron Romanı yandırdı. Ərdoğan Türkiyəni də yandırır”.
Tərcümə:
Afət