
Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu Şimali Koreyaya səfər edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Paytaxt Pxenyana gedən Şoyqu üçün orada rəsmi qarşılanma mərasimi keçirilib.
Nazir Şoyqu Qurtuluş Abidəsini ziyarət edərək oraya əklil dəstəsi qoyub.
Rusiyanın Müdafiə Nazirliyi səfərlə bağlı bu açıqlamanı verib:
“Qurtuluş Abidəsi Koreya xalqının 1945-ci ildə Koreya xalqının qurtuluşu zamanı şəhid olan Sovet əsgərlərinə minnətdarlığının bir göstəricisi olaraq 15 avqust 1946-cı ildə Şimali Koreyanın paytaxtında tikilib. Abidə başında qırmızı ulduz olan 30 metrlik bir qranit tikili daşıdır”.
Tərcümə: Arzu