UFC tarixinin ən yaxşı döyüşçülərinin adları açıqlanıb

  • By ilhame
  • 10 Sentyabr 2024 13:18

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt UFC tarixinin ən yaxşı döyüşçülərinin adlarını açıqlayıb.

 

Gununsesi.info-nun məlumatına görə, yarış rəhbəri bu barədə ESPN-ə müsahibəsində bildirib.

 

O, dörd idmançını fərqləndirib.

 

Bunlar Con Cons, qadın döyüşçü Ronda Rauzi (hər ikisi ABŞ), Jorj-Sen Pyer (Kanada) və Konor Makqreqordur (İrlandiya).

Gununsesi.info