
ABŞ Yaponiyada “Typhon” yerüstü orta mənzilli raket sistemlərini yerləşdirməyi planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın ordu katibi Kristin Uormut bildirib.
O, bildirib ki, bu sistemlər əvvəllər Moskva və Vaşinqton arasında Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsi (INF Müqaviləsi) çərçivəsində qadağan edilmişdi: ” “Typhon”nun Yaponiya ərazisində yerləşdirilməsi, lazım gələrsə, ABŞ-a üç ölkəni – Çin, Rusiya və Şimali Koreyanı vurmağa imkan verəcək”.
Uormut qeyd edib ki, o, əvvəllər Yaponiyanın müdafiə naziri Minoru Kihara ilə Amerika Multi Domain Task Force (MDTF) Yaponiyadakı təlimlərdə iştirak imkanını müzakirə edib: “Biz Yaponiyanın özünümüdafiə qüvvələrinə bununla maraqlı olduğumuzu açıqladıq. İstənilən yerləşdirmə Yaponiya hökumətinin tempinə uyğun olaraq baş verəcək”.
Bundan əvvəl ABŞ iki dəfə Danimarkanın Bornholm adasına hərbi təlimlər zamanı istifadə edilən “Typhon”a oxşar modul tipli Mk70 raket komplekslərini çatdırıb.
Günel
Gununsesi.info