Azərbaycanın U-17 millisi yoxlama oyunu keçirib

  • By ilhame
  • 09 Sentyabr 2024 21:58

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoldaşlıq görüşünü keçirib.

 

Gununsesi.info xəbər verir ki, U-17 hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

 

“Darıca” stadionunda baş tutan matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, bu komandalar sentyabrın 12-də eyni stadionda ikinci yoldaşlıq görüşündə üz-üzə gələcəklər.

Gununsesi.info