“Çakır” iştirakçıya özü ilə bağlı sual verdi

  • By ilhame
  • 09 Sentyabr 2024 20:59

Türkiyədə yayımlanan “Kim milyoner olmak ister?” yarışmasında maraqlı anlar yaşanıb.

 

Gununsesi.info xəbər verir ki, verilişin aparıcısı, aktyor Oktay Kaynarca iştirakçılardan birinə özünün də bir zamanlar səhnə aldığı “Kurtlar Vadisi” serialı ilə bağlı sual ünvanlayıb.

 

Sualda 43-cü bölümdə vurulub, 45-ci bölümdə ölən “Kurtlar Vadisi” obrazının hansı olduğu soruşulub.

 

İştirakçı suala düzgün (B- Süleyman Çakır) cavab verib. Həmin vaxt Oktay Kaynarca hisslərini belə ifadə edib:

 

“Bu bir nostalji sualı idi. Maraqlı idi”.

Gununsesi.info