Tənzilə Rüstəmxanlı hüquqşünasdan şikayət etdi

  • By Günel
  • 10 Sentyabr 2024 12:50

Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində 70 saylı Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd Tənzilə Rüstəmxanlı hüquqşünas Əkrəm Həsənov barədə dövlət qurumlarına şikayət ünvanlayıb.

Gununsesi.info Demokrat.az – a istinadən xəbər verir ki, bu barədə Əkrəm Həsənov “Facebook” hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Tənzilə Rüstəmxanlının bu addımına səbəb 27 avqust tarixində sosial şəbəkə hesabında etdiyi paylaşım olub:

“Şikayətin mahiyyətinə toxunmuram: “Qanqal Style” üslubundadır. Əsas odur ki, deputatlıq sevdasında olan şəxs sözə sözlə cavab verə bilmir, məmur kimi şikayət edir. Tənqidə dözüm sıfır dərəcəsindədir! Müzakirə mədəniyyəti, istəyi belə yoxdur. Bu da bir daha ölkədəki seçki institutuna kölgə salır”.

Gununsesi.info