Finlandiya Rusiyaya qarşı müdafiəyə hazırlaşır

“Finlandiya hərbi potensialını artırır və tərəfdaşları ilə fəal əməkdaşlıq edir. Rusiya ölkəyə hücum edərsə, əsas məqsəd müdafiədir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Qüvvələrinin komandanı Janne Yaakkola bildirib:“Biz təhlükəsizlikdən narahatıq. Siz bundan qaça bilməzsiniz “.

O, qeyd edib ki, müdafiə qabiliyyətinin gücləndirilməsi və tərəfdaşlarla əməkdaşlıq heç bir ölkə üçün təhlükə yaratmır: “Biz əvvəlki kimi ölkəmizi müdafiə etməyə hazırlaşırıq”.

Finlandiya Müdafiə Qüvvələrinin komandanı bildirib ki, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləsi finlər üçün şok olub.

Jaakkola bildirib ki, Rusiyanın indi silahlı qüvvələrinin istifadəsinə mane ola biləcək amillər azdır və ya heç yoxdur.

O, həmçinin bildirib ki, müharibənin Avropaya da yayıla biləcəyini istisna etmək olmaz.

 

 

Günel

Gununsesi.info