“Atletiko Madrid”in sabiq hücumçusu Braziliya klubuna keçib

  • By Günel
  • 09 Sentyabr 2024 16:54

“Atletiko Madrid”dən ayrılan Memfis Depayın yeni klubu müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano şəxsi “Instagram” hesabında paylaşım edib.

O, 30 yaşlı futbolçunun karyerasını “Korintians”da davam etdirəcəyini bildirib.

Niderlandlı hücumçu Braziliya təmsilçisində tibbi müayinədən uğurla keçib.

Depayın “Korintians”la müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.

Gununsesi.info