Trampa bu qrupun da musiqisi qadağan ediləcək

Amerikanın “The White Stripes” rok qrupunun keçmiş üzvləri Cek və Meq Uayt 2003-cü ildə “Seven Nation Army” mahnısının müəllif hüquqlarını pozduğuna görə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampı məhkəməyə veriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Musiqiçilər Trampı və onun kampaniyasını mahnını mənimsəməkdə və müəllif hüquqlarını pozmaqda ittiham edərək Nyu York federal məhkəməsində iddia qaldırıblar.

Şikayətdə bildirilir ki, rokçular “Trampın prezidentliyi dövründə etdiyi hərəkətlərə qəti şəkildə qarşı çıxırlar”.

Onlar, həmçinin onun hazırkı seçki kampaniyasını pisləyib, qrupun mahnısının “onların xəbəri və razılığı olmadan” istifadə edildiyini qeyd ediblər.

Avqustun 29-da İsveçin ABBA pop qrupu Trampı seçki kampaniyasında musiqi qrupunun əqli mülkiyyətindən istifadə etməməyə çağırıb.

Həmçinin qeyd olunur ki, Tramp kompozisiyaların istifadəsi ilə bağlı heç bir rəsmi müraciət etməyib və heç bir icazə almayıb.

 

 

Afət

Gununsesi.info