Türkiyədə baronlara qarşı əməliyyat: saxlanılanlar var

  • By Günel
  • 04 Sentyabr 2024 11:54

Türkiyə hüquq-mühafizə orqanları ölkənin 42 vilayətində “Narkoçelik-37” adlı əməliyyatı keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.

Məlumata görə, İstanbul, İzmir, Ankara, Trabzon, Antalya da daxil olmaqla 42 bölgədə təşkil edilən əməliyyat zamanı 479 kiloqram narkotik maddə, 160 967 həb ələ keçirilib, 227 tacir saxlanılıb.

Əməliyyata 1418 şəxsi heyət, 12 təyyarə və 37 it cəlb olunub.

Gununsesi.info