Putin: Dolların dünya ticarətindəki hakimiyyəti sona çatacaq

  • By arzu
  • 23 Avqust 2023 17:17

Rusiya Prezidenti Vladimir Putin BRİCS Zirvəsinə görüntülü qatılaraq çıxış edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, dünyanın gündəmində olan bu zirvədə liderlər bir çox mesajlar veriblər.

Rusiya Prezidenti çıxışı zamanı dolların ticarətdəki payının azaldığını söyləyib.

“İqtisadi əlaqələrimizin dollarsızlaşdırılması yönündəki proses sürət qazanır. Qarşılıqlı ödənişlər pullu və maliyə nəzarəti üçün təsirli mexanizmlər inkişaf etdirilməsinə dair cəhdlər edilir”, – deyə Putin bildirib.

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın bir araya gələrək qurduqları BRİCS dollar istifadəsini azaldan həmlələrinə davam edir.
Putin çıxışı zamanı 3 milyarda yaxın adamın yaşadığı BRİCS ölkələrinin qlobal iqtisadiyyatın 26 faizini təşkil etdiyini vurğulayıb.
Putin BRİCS ölkələrinin satıınalma gücü baxımdan, G7 ölkələrini geridə qoyduğunu dilə gətirib.

“Nəticədə, BRİCS içindəki ixracat-idxalat işlərində dolların payı azalır. Keçən il dolların payı 28,7 faiz səviyyəsində idi”, Putin deyib.

Putin çıxışında bir-birlərinin mənfəətinə hörmətlə yanaşdıqlarını açıqlayıb.

“Dolların dünya ticarətindəki hakimiyyəti sona çatacaq”, – deyə Putin söyləyib.

 

Tərcümə: Arzu

Gununsesi.info