Türkiyə ordusu daha 11 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK/YPG terror qruplaşmasının 11 silahlısı məhv edilib.

Gununsesi.info xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Suriyanın şimalında “Fərat Qalxanı” bölgəsində 10, İraqın şimalında “Pəncə-Kilid” əməliyyat rayonunda isə bir terrorçu öldürülüb.

Gununsesi.info