Hindistanın müdafiə naziri ordunu ayıq-sayıq olmağa çağırıb

  • By Günel
  • 30 Dekabr 2024 09:14

Hindistan Silahlı Qüvvələri həm xarici, həm də daxili düşmənlərin davamlı fəaliyyəti səbəbindən sayıq qalmalıdır.

Gununsesi.info APA – ya istinadən xəbər verir ki, Bunu ölkənin müdafiə naziri Racnat Sinx Madya Pradeş ştatında hərbi qulluqçular qarşısında çıxışı zamanı deyib.

Nazir Hindistanın təhlükəsizlik baxımından o qədər də şanslı ölkə olmadığına diqqət çəkib və əsgərləri daxili və xarici düşmənləri diqqətlə izləməyə çağırıb.

“Şimal və qərb sərhədlərimiz daim çətinliklərlə üzləşir. Biz daxili cəbhədə də təhdidlərlə üzləşirik”, – nazir vurğulayıb.

Gununsesi.info