
ABŞ Məxfi Xidməti Donald Trampın həyatına ikinci cəhdin baş verdiyi qolf klubunun ərazisində əvvəlcə axtarış aparmadığını etiraf edib.
Gununsesi.info xəbər verir ki, bu barədə The New York Times (NYT) yazır.
Məxfi Xidmət rəisi vəzifəsini icra edən Ronald Rou deyib ki, Tramp ümumiyyətlə qolf klubuna getməməli idi, çünki bu, onun rəsmi cədvəlində deyildi.
Bununla belə, o, bunun agentlərin qolf meydançasında axtarış aparmağa vaxtının olmadığı anlamına gəlib-gəlmədiyini aydınlaşdırmayıb.
Bundan əlavə, Rou eks-prezidentin bazar günləri Floridada tez-tez qolf oynamasını hamıya məlum fakt adlandırıb ki, bu da siyasətçinin təhlükəsizlik riskinin səviyyəsini artırır.
Bundan əvvəl təhlükəsizlik üzrə ekspertlər Məxfi Xidmətin işini tənqid edərək Trampa son cəhdlə bağlı vəziyyəti departamentin tam uğursuzluğu adlandırıblar.
ABŞ İmmiqrasiya və Gömrük Mühafizə İdarəsinin keçmiş direktor vəzifəsini icra edən Con Sandveq vurğulayıb ki, agentlik agentlərindən prezidentliyə namizədin getdiyi yerlərə əvvəlcədən baş çəkməli və təhlükə olub-olmadığını yoxlamalı idi.