Ermənilər təşvişdə: Qzroyanın Türkiyə ilə nə əlaqəsi var? - FOTO

  • By Günel
  • 17 Sentyabr 2024 11:52

Ermənistanın ilk dəfə “Miss Star İnternational” transgender gözəllik müsabiqəsində təmsil olunacağı xəbəri erməni ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. 

Gununsesi.info Globalinfo.az – a istinadən xəbər verir ki, müsabiqəyə transgender Diana Qzroyanın göndərilməsi isə ermənilər arasında narazılığı artırıb.

Belə ki, onun tez-tez rəfiqələri ilə birlikdə Türkiyəyə səfər etdiyi və əsasən sosial şəbəkə hesablarında Antalyadan görüntülər paylaşdığı ortaya çıxıb.

Məlumata görə, onun rəfiqəsi Lilit Martirosyan da 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Türkiyəyə intensiv şəkildə səfərlər edib. Bu isə ermənilər arasında birmənalı qarşılanmayıb. Ermənistanın sözügedən müsabiqəyə qatılması, xüsusilə məhz Türkiyə ilə əlaqələri olan Qzroyan tərəfindən təmsil olunması hökumətə qarşı etirazları gücləndirib.

Həmin şəxslərin məhz Baş nazir Nikol Paşinyanla əlaqələrinin olduğu və onun hakimiyyəti dövründə daha çox tanınmağa başladıqları bildirilir.

Gununsesi.info