Tramp Ukraynadakı münaqişəni həll edə bilməyəcək

“ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gəlsə, Ukraynadakı münaqişəni həll edə bilməyəcək”.

Gununsesi.info xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Şuşada keçirilən ikinci qlobal media forumunda NEWS.ru ilə söhbətində deyib.

Ekspertin fikrincə respublikaçının Ukrayna məsələsində tamamilə yayınacaq: “Bizim proqnozumuz ondan ibarətdir ki, Tramp münasibətləri yaxşılaşdırmağa çalışacaq. “Amma bundan sonra da uğur qazana və sülhə nail ola bilməyəcək. Sonra, altı aydan sonra o, belə bir qərar verəcək ki, mənim yanıma ümumiyyətlə  “Ukrayna” sözü ilə gəlməyin. Mən daha bu sözü dinləmək istəmirəm”.

O, əlavə edib ki, Tramp Ukrayna ilə bağlı sualları Mərkəzi Kəşfiyyat İdarəsi və Pentaqona həvalə edə bilər.

Bundan əlavə, Markov hesab edir ki, siyasətçi Kiyevə yardım üçün büdcəni azaldacaq və Ukraynanın maliyyələşdirilməsini avropalıların çiyninə qoyacaq:” Respublikaçının özü Rusiya ilə nüvə müharibəsinin qarşısını almağa diqqət yetirəcək”.

 

 

 

Şəbnəm

Gununsesi.info