“Kəpəz” Küveyt klubuna qalib gəlib

  • By ilhame
  • 22 İyul 2024 19:10

“Kəpəz” klubu növbəti yoxlama matçını keçirib.

 

Gəncə təmsilçisi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” klubu ilə görüşüb.

 

Qəbələ şəhər stadionunda baş tutan matç “sarı-göylər”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qərb təmsilçisinin heyətində Lassana Ndiaye və Kərim Lkoça fərqlənib.

 

Qeyd edək ki, “Kəpəz” daha əvvəlki yoxlama görüşlərində “Turan Tovuz”a 0:4, “Şamaxı”ya isə 1:2 hesabı ilə uduzub.

Gununsesi.info