
“ABŞ prezidenti Co Bayden seçki kampaniyası üçün toplanmış yüz milyonlarla dolları itirməmək üçün qarşıdan gələn noyabr seçkilərində ABŞ-ın vitse-prezidenti Kamala Harrisi dəstəkləyib”.
Gununsesi.info xəbər verir ki, bunu Respublikaçılar Partiyasından Konqresin namizədi Ketlin Uinn deyib.
“Düşünürəm ki, Baydenin Harrisə dəstəyi bundan irəli gəlir. Eşitdim ki, bu, daha çox maliyyə məsələsidir. Onlar seçki kampaniyası üçün milyonlarla dollar toplayıblar, ona görə də Harris adı seçki bülletenində qalmalıdır”, – deyə siyasətçi bildirib.
Uinn əlavə edib ki, Arizonadan olan senator Mark Kellinin ABŞ-ın vitse-prezidenti seçiləcəyi ehtimalı var.
O, bunu Harrisin amerikalıların son vaxtlar dəstəyi əhəmiyyətli dərəcədə azalan Baydenlə “yaxın əlaqəsi səbəbindən əlverişsiz vəziyyətdə” seçkilərə getdiyini söyləməklə izah edib.
Xatırladaq ki, Kamala Harris ABŞ prezidentliyinə namizədliyi uğrunda mübarizə aparacağını açıqlamışdı.
Şəbnəm
Gununsesi.info