Tramp 138,7 milyon dollar ianə toplayıb

İyulda ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın seçki kampaniyası üçün 138,7 milyon dollar ianə toplanıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məsələ ilə bağlı Trampın seçki kampaniyasının rəsmi saytında açıqlama verilib.

Açıqlamaya görə, iyul ayında Trampın seçki kampaniyası üçün toplanan ianələrin məbləği 138,7 milyon dollar olub, ümumi rəqəm isə 327 milyon dollara çatıb.

Bildirilir ki, Kamala Harrisin komandası iyulun 22-də ABŞ prezidenti Co Baydenin prezidentliyə namizədliyini irəli sürdükdən sonra Harrisə son 24 saat ərzində 81 milyon dollar bağışlandığı açıqlamıb.

ABŞ mətbuatında çıxan xəbərlərə görə, sözügedən rəqəm 24 saat ərzində çatılan ən yüksək ianə məbləği olaraq qeyd edildi.

Digər tərəfdən, Harrisin seçki kampaniyasının ilk həftəsində toplanan ianə məbləğinin 200 milyon dollara çatdığı açıqlanıb.

 

 

İlhamə

Gununsesi.info