
III Çarlzın Fransa prezidenti Emmanuel Makronla şam yeməyi Fransa xəzinəsinə yarım milyon avroya başa gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə BBC News yazır.
Fransa audit ofisindən verilən məlumata görə, prezident Makronun ofisi monarxın Fransaya səfəri zamanı 2023-cü ilin sentyabrında kral III Karl üçün təşkil edilən dəbdəbəli omar yeməyinə 475 min avro xərcləyib.
Qəbul Versal sarayında baş tutub. Ümumi məbləğin 165 min avrodan çoxu yeməyə, içkilərə 40 min avroya xərclənib.
Aralarında təkcə III Çarlz və Kraliça Kamillanın deyil, həm də aktyor Hyu Qrant, futbol meneceri Arsen Venger və Rolling Stones-un müğənnisi Mik Caqqerin də iştirak edib.
Bildirilir ki, Fransanın Auditorlar Məhkəməsi illik hesabatında dövlət qəbullarına ayrılan xərclərin 14 faiz artmasının prezident aparatının büdcə kəsirinə səbəb olub. Kəsir 8,3 milyon avro təşkil edib.
Bundan əvvəl kral III Çarlzın şahzadə Harri ilə əlaqəni kəsdiyi bildirilib.
İnsayderin sözlərinə görə, monarx kiçik oğlunun zənglərinə və məktublarına məhəl qoymur.
İlhamə