
Erməni əsilli SSRİ xalq artisti Armen Cigərxanyanın oğlu Stepan Cigərxanyan Las-Veqasın mərkəzində güllələnib.
Gununsesi.info xəbər verir ki, bu barədə Stepan Cigərxanyan özü məlumat verib.
Onun sözlərinə görə, evə qayıdarkən təsadüfən yerli bandalar arasında atışmanın ortasına düşüb. Banda üzvlərindən biri maşından ona tərəf atəş açıb. Birinci güllə yan keçsə də, ikinci güllə başına dəyib.
Cigərxanyan həkimlərin nəzarəti altında olduğunu deyib.
Gununsesi.info