Slovakiyalı üzgüçü yarışdan sonra huşunu itirib

  • By Günel
  • 02 Avqust 2024 16:30

Yarışı 2 dəqiqə 14,20 saniyə nəticə ilə yeddinci yerdə başa vuran slovakiyalı üzgüçü keçirdiyi narahatçılıqdan dolayı yarımfinaldan kənarlaşdırılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 21 yaşlı slovakiyalı üzgüçü Tamara Potocka Paris 2024 Olimpiadasında yarışdıqdan sonra hovuz kənarında yıxılıb. İlkin tibbi yardım göstərildikdən sonra xanım üzgüçü xəstəxanaya çatdırılıb. İdmançıya oksigen maskası taxıblar. Tibb işçiləri ilkin tibbi yardımdan sonra, onun huşunun yerində olduğunu bildiriblər.

 Günel

 Gununsesi.info