Dünya Yusuf Dikeçin bu hərəkətindən danışdı “Medalımı silahımı alanlar xaric 85 milyona ərmağan edirəm”

  • By Günel
  • 02 Avqust 2024 12:33

Milli atlet Yusuf Dikeç: “Əlimin cibimdə olmasının artistliklə heç bir əlaqəsi yoxdur, mən belə motivasiya oluram”. Rahat görünsəm də, daxili aləmimdə fırtınalar qopurdu”-deyə o, bildirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünya 2024-cü il Paris Olimpiadasında Türkiyəyə gümüş medal qazandıran Yusuf Dikeçdən danışır. Onun Olimpiya Oyunlarında 10 metrdən pnevmatik tapança ilə qulaqcıqsız səhnəyə çıxması və bir əli cibində atəş açması Türkiyədə gündəm olub.

Dikeç daha sonra bildirib ki, “Mən təbii və natural bir atıcıyam. Bəzən hakimlər soruşur ki, “atış eynəyiniz, atış ayaqqabınız var?”-” Yox, mən təbii atıcıyam,- dedikdə mənə gülürlər”.

“Mediada haqqımda paylaşınlanlar məni çox sevindirdi və qürurlandırdı. Bu uğur tək mənim deyil, 85 milyonun uğurudur. Keçən il Olimpiya yarışmasına 3 gün qalmış silahımı əlimdən aldılar. Mən bu medalımı silahımı alanlar xaric 85 milyona ərmağan edirəm”, – deyə Y. Dikeç bildirib.

 

Günel

Gununsesi.info