Nijni Novqorodda Azərbaycandakı biznes imkanlarına dair vebinar keçiriləcək

  • By ilhame
  • 02 Avqust 2024 13:10

Nijni Novqorod vilayətinin İxraca Dəstək Mərkəzi avqustun 14-də yerli sahibkarları Azərbaycanda biznes qurmaq imkanları ilə tanış etmək üçün vebinar keçirəcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Nijni Novqorod vilayəti hökumətinin məlumatında deyilir.

 

“Azərbaycan Nijni Novqorod ixracatçıları üçün perspektivli istiqamətlərdən biri olaraq qalır. Regional şirkətlər artıq ölkəyə buğda, boru, faner və kimya məhsulları tədarük edir, lakin Azərbaycandakı təşkilatlarla əməkdaşlıq mədəniyyət, biznesin aparılmasının xüsusiyyətləri və ölkədəki iqtisadi vəziyyət haqqında əsas bilik tələb edir”, – vilayətin sənaye, ticarət və sahibkarlıq naziri Maksim Çerkasov bildirib.

 

O qeyd edib ki, vebinar iştirakçılarına Azərbaycanla bağlı bütün məlumatları Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov təqdim edəcək.

 

Tədbir Rusiya Prezidentinin təşəbbüsü ilə həyata keçirilən “Kiçik və orta müəssisələr” milli layihəsi çərçivəsində baş tutacaq.

Gununsesi.info