
DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilən dunyaninsesi.az saytının rəhbəri Ərşad İbrahimovun cinayət işi üzrə istintaq tamamlanıb.
Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.
Vəkilin sözlərinə görə, jurnalistin məhkəməsi Gəncə Ağır Cİnayətlər Məhkəməsində başlayacaq.
Vəkil ittiham aktının qurama olduğunu və jurnalistin ittihamları rədd etdiyini deyib.
Qeyd edək ki, AŞ PA-nın media azadlığı üzrə 2023-cü il hesabatında Ərşad İbrahimov Azərbaycanda qanunsuz həbs edilən jurnalistlərdən biri kimi tanınıb.
2023-cü ildə həbs edilən jurnalistə 2021-ci ildə ayrı-ayrı şəxslərdən hədə-qorxu ilə pul tələb etmə ittihamı verilib.
Ərşad İbrahimov həbsini yerli polis orqanları haqqında tənqidi materialları ilə əlaqələndirir.
Həbsdə olduğu 1 ilə yaxın müddət ərzində onun bir sıra hüquqları da məhdudlaşdırılıb.
Belə ki, jurnalistə həbs olunduğu gündən ailə üzvləri ilə görüş və telefon danışığı qadağan edilib.
Elmar
Gununsesi.info