Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşür

  • By ilhame
  • 02 Avqust 2024 13:45

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 3-də Səudiyyə Ərəbistanı Krallığına səfərə yola düşür.

Gununsesi.info xəbər verir ki, səfər Səudiyyə Ərəbistanının İslam işləri, İrşad və Dəvət naziri Əbdüllətif bin Əbdüləziz Al Əş-Şeyxin dəvəti ilə həyata keçirilir.

QMİ sədri avqustun 4-5-də Məkkə şəhərində keçirilən beynəlxalq konfransda iştirak edəcək.

 

Səfər çərçivəsində A.Paşazadənin Krallığın rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Gununsesi.info