“QHT-lərin qeydiyyatı elektronlaşdırılsın” -Əliməmməd Nuriyev

Xəbər verdiyimiz kimi ABŞ Dövlət Departamenti 2023-cü il dünyada insan haqlarının durumuna dair hesabat yayıb. Hesabatın Azərbaycanla bağlı bölümündə ölkəmizdə vətəndaş cəmiyyətinin durumuna da yer ayırılıb.

Hesabatda Azərbaycan höküməti  QHT-lərin qeydiyyata alınmasının çətinləşdirilməsinə eyni zamanda ölkədəki yeni qanunların QHT-lərin fəaliyyətinin məhdudlaşdırmasına görə tənqid olunub.

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev QHT-lərin qeydiyyata alınmasının çətinləşdirildiyini yalnış hesab edir: “QHT-lərin qeydiyyata alınması Ədliyyə Nazirliyinə müraciət edildikən sonra asanlıqla həyata keçirilir. Tanıdığım QHT-lər var ki, ötən il ərzində yəni 2023-cü ildə asanlıqla qeydiyyata alınmışdır. Hər şeydən öncə faktlara istinad edilməlidir.

Təbbi ki, QHT-lərin qeydiyyata alınması bağlı müəyyən fərqli fikirlər də var. Etiraf olunur ki, qanunvericilikdə bu istiqamətdə müəyyən dəyişiliklərin edilməsi yaxşı olardı. Vətəndaşlar tərəfindən müəyyən çətinliklərin olduğu da səslənilir.

Bu prosesin elektronlaşması sürətlənməli və sadələndirilməlidir. Hüquqi şəxslərinin vahid rejiminə uyğun olaraq qeydiyyat prosesinə uyğun olmalıdır.

Bu fikirlər bizim tərəfimizdən də irəli sürülür və təkliflərimizi təqdim etmişik. Eyni zamanda QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən də müəyyən təkliflər var. Bu istiqamətə müzakirələr gedir. Məsələn, elə də pis vəziyyətdə deyil.

Hər bir şeydən əvvəl bu məsələ geniş bir müzakirələrdən keçməlidir və bütün maraqlı tərəfləri, fikirləri nəzərə alınmalıdır. Ciddi arqumetlər olmalıdır.  Bu da istənilən qanuna dəyişilən, müəyyən müddət tələb edən bir məsələlərdir.

Əsas prioritetlərdən biri də rəqəmsal elektronlaşmanın daha da dərinləşməsidir. Rəqəmsal hökümətə keçid məsələsidir. Ona görə də düşünürəm ki, bu istiqamətdə də kommersiya hüquqi şəxslərin ümumi rejiminə uyğun müəyyən dəyişiliklər baş verəcəkdir.

Yeri gəlmişkən, qeyd edim ki, bununla bağlı Vətəndaş cəmiyyətinin özünün də təklifləri var. Eyni zamanda dövlət tərəfindən işçi qrup da yaradılıb. İşçi qrupu hal-hazırda bu istiqamətdən işləyir.

Ümumiyyətlə qanunvericilikdə təklifləşdirilmə hər zaman əhəmiyyətli və vacibdir. Bu ancaq tərəqqiyə doğru
yönəlməlidir”.

 

 

 

Şəbnəm

Gununsesi.info