
Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub.
Gununsesi.info xəbər verir ki, Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə Ermənistana keçiblər.
Belə ki, Xankəndi-Gorus istiqamətində ümumilikdə Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus səkkiz nəqliyyat vasitəsinin, 26 şəxsin (onlardan üç nəfəri BQXK-nın üzvü, səkkizi sürücü, on biri xəstə, üçü müşayiətçi, biri tibb işçisi) “Laçın” SBM-dən keçidi təmin olunub.
Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməniəsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.