Litva Belarusla sərhəd keçidini bağlayır

Litva avqustun 18-dən etibarən Belarusla sərhəddəki 6 nəzarət-buraxılış məntəqəsindən ikisini bağlayacaq.

Gununsesi.info Litva mediasına istinadən xəbər verir ki,  ölkədə geosiyasi vəziyyət və təhlükəsizlik baxımdan keçidlərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Qərar avqustun 18-dən qüvvəyə minəcək. Keçid məntəqəsinin hansı müddətə qədər dayandırılması barədə isə Nazirlər Kabineti məlumat verməyib.

Litvanın baş naziri İnqrida Simonyte keçən həftə Belarusla sərhəddəki keçid məntəqəsinin infrastrukturunu lazımsız adlandırıb.

Qeyd edək ki, Şumskas və Tveryachyusdakı keçidlər əsasən yerli nəqliyyata xidmət edir. Onların hərəkəti məhdud olduğu üçün, yük maşınlarının keçməsinə icazə verilmir.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info