SON DƏQİQƏ: PROKUROR “TƏRTƏR İŞGƏNCƏLƏRİ”NƏ MÜHAKİMƏ OLUNANLARA CƏZA İSTƏDİ

Bu gün “Tərtər işgəncələri” işi üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı mühakimə olunan şəxslərə cəza istəyib.

Gununsesi.info-nun xəbərinə görə, prokuror Bəkir Orucova 12 il 6 ay, İntiqam Məmmədova 10 il 6 ay, Ziya Kazımova 12 il 6 ay və Rahib Məmmədova 8 il 6ay cəza tələb edilib.  Ziya Kazımovun hüquqlarını qoruyan vəkil Bəhruz Bayramov proses zamanı replika atıb.

Vəkil deyib ki, prokuror heç olmasa Ziya Kazımovun 44 günlük Vətən Müharibəsindəki xidmətlərini nəzərə almalı idi.

 

 

Şəbnəm

Gununsesi.info